AZ

Mərmər sexində bədbəxt hadisə Ölən var

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, mayın 8-i saat 10 radələrində Lökbatanda yerləşən mərmər sexində mərmər daşı qırılaraq orada usta kimi çalışan şəxsin başına dəyib.

Ağır xəsarət alan Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azər Gülağa oğlu Babayev hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
5
qafqazinfo.az

6Mənbələr