AZ

Mərmər sexində bədbəxt hadisə - Ölən var

Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, mayın 8-i saat 10 radələrində Lökbatanda yerləşən mərmər sexində mərmər daşı qırılaraq orada usta kimi çalışan şəxsin başına dəyib.

Ağır xəsarət alan Biləsuvar rayon sakini 1969-cu il təvəllüdlü Azər Gülağa oğlu Babayev hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
0
5
bakivaxti.az

6Mənbələr