İtaliyanın Özbəkistandakı keçmiş səfiri Romada həbs edilib.
News365.az xəbər verir ki, Piergabriele Papadia de Bottini di Sant'Agnese 2024-cü ildən 2025-ci ilə qədər İtaliyanın Özbəkistandakı səfiri vəzifəsində çalışıb.
O, köməkçisi ilə birlikdə Daşkənddə Rusiya vətəndaşlarına Şengen vizalarını adambaşına 4000-16000 avro müqabilində satmaqda şübhəli bilinir.
İtaliya prokurorları və maliyyə polisi ona qarşı təxminən 400 işi araşdırır.
Özbəkistana səfir təyin olunmazdan əvvəl Piergabriele Papadia İtaliyanın Rusiyadakı baş konsulu vəzifəsində çalışıb.