AZ

İtaliyanın Özbəkistandakı səfiri Rusiya vətəndaşlarına viza satırmış

İtaliyanın Özbəkistandakı keçmiş səfiri Romada həbs edilib.

News365.az xəbər verir ki, Piergabriele Papadia de Bottini di Sant'Agnese 2024-cü ildən 2025-ci ilə qədər İtaliyanın Özbəkistandakı səfiri vəzifəsində çalışıb.

O, köməkçisi ilə birlikdə Daşkənddə Rusiya vətəndaşlarına Şengen vizalarını adambaşına 4000-16000 avro müqabilində satmaqda şübhəli bilinir.

İtaliya prokurorları və maliyyə polisi ona qarşı təxminən 400 işi araşdırır.

Özbəkistana səfir təyin olunmazdan əvvəl Piergabriele Papadia İtaliyanın Rusiyadakı baş konsulu vəzifəsində çalışıb.

Seçilən
8
1
news365.az

2Mənbələr