Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Zaqatalada 39 yaşlı kişi ov tüfəngi ilə vurulub.
“Qafqazinfo”nun məlumatına görə, bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.
Mübariz Muradov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.