AZ

Alimlərdən maraqlı AÇIQLAMA: İsti şokolad yaddaşı və əhvali-ruhiyyəni yaxşılaşdırır

Yeni elmi araşdırmalara görə, isti şokolad təkcə dadlı içki deyil, həm də sağlamlığa faydalıdır. Bildirilir ki, kakao tərkibli bu içki yaddaş və beyin fəaliyyətini gücləndirə bilər.

Day.Az-ın məlumatına görə, mütəxəssislər qeyd edirlər ki, isti şokolad antioksidantlarla zəngindir və hətta yaşıl çaydan daha çox antioksidant ehtiva edə bilər.

Bu maddələr ürək-damar sistemini qorumağa, sinir sistemini dəstəkləməyə kömək edir.

Araşdırmalara əsasən, isti şokolad endorfin və serotonin hormonlarının ifrazını artıraraq əhvali-ruhiyyəni yaxşılaşdırır, stressi azaldır və ümumi psixoloji vəziyyətə müsbət təsir göstərir.

Seçilən
40
day.az

1Mənbələr