Yeni elmi araşdırmalara görə, isti şokolad təkcə dadlı içki deyil, həm də sağlamlığa faydalıdır. Bildirilir ki, kakao tərkibli bu içki yaddaş və beyin fəaliyyətini gücləndirə bilər.
Day.Az-ın məlumatına görə, mütəxəssislər qeyd edirlər ki, isti şokolad antioksidantlarla zəngindir və hətta yaşıl çaydan daha çox antioksidant ehtiva edə bilər.
Bu maddələr ürək-damar sistemini qorumağa, sinir sistemini dəstəkləməyə kömək edir.
Araşdırmalara əsasən, isti şokolad endorfin və serotonin hormonlarının ifrazını artıraraq əhvali-ruhiyyəni yaxşılaşdırır, stressi azaldır və ümumi psixoloji vəziyyətə müsbət təsir göstərir.