AZ

Kremldən mesaj: Paşinyan seçilərsə, Rusiya seçinin nəticələrini tanımamalıdır

 Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdan gələn parlament seçkilərində qalib gələrsə, Rusiya nəticələri rəsmi olaraq tanımamalıdır.

Ölkə.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri üzrə Komitəsinin sədr müavini Konstantin Zatulin deyib.

Zatulin hesab edir ki, Paşinyan  yenidən seçiləcəyi təqdirdə Rusiya ilə münasibətlərin tamamilə kəsilməsinə doğru meyl davam edəcək. 
Zatuolin NSN-ə verdiyi müsahibəsində bunu əsas gətirərək deyib ki, belə bir halda Rusiya sadəcə olaraq seçkilərin nəticələrini rəsmi olaraq qəbul etməməlidir: “O, Rusiyanın qeyd-şərtsiz düşmənidir və bir müddət hakimiyyətdə olduqdan sonra niyyətlərini, məqsədlərini gizlətməyə məcbur olub. Biz özümüzü onun buna öyrəşəcəyinə, heç yerə getməyəcəyinə inandırmağa imkan verdik. Amma o, bizdən istifadə etdi”.

Paşinyanı  hiyləgər adlandıran zatulin əlavə edib ki, Kremldə Putinlə görüşəndə bütün bunları ucadan demir: “Amma indi o, hətta bu maskaları da çıxarıb.  O bu siaysətini  getdikcə daha həyasız, həcmli və miqyaslı şəkildə həyata keçirməyə başlayıb ", - o bildirib. 
Zatulin qeyd edib ki, Paşinyan yenidən seçilərsə, vəziyyət yalnız daha da pisləşəcək.

 Mürtəza

Seçilən
53
olke.az

1Mənbələr