17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) media tərəfdaşları elan edilib.
Media tərəfdaşları tədbirin qlobal, regional və ölkə daxilində geniş işıqlandırılmasına dəstək olmaqla yanaşı, WUF13 çərçivəsində aparılan müzakirələri və əldə olunan əsas nəticələri, o cümlədən gözlənilən Bakı Fəaliyyətə Çağırış sənədini geniş auditoriyaya çatdıracaqlar. Media tərəfdaşlarının hazırlayacağı reportaj və materiallar dayanıqlı şəhər inkişafının layiqli və əlçatan mənzil təminatı, qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası, o cümlədən torpaq və əsas xidmətlərlə təminat kimi prioritet istiqamətləri barədə məlumatlılığın artırılmasına töhfə verəcək.
WUF13 tədbirinin beynəlxalq media tərəfdaşları:
• “Euronews”, “ArchDaily”, “Century of Cities” və“Xinhua News Agency”
WUF13 tədbirinin yerli media tərəfdaşları:
• Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV), ), İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV), “AnewZ” TV, “Caspian International Broadcasting Company” (CBC TV), Azərbaycan Dövlət İnformasiya Agentliyi (“AZƏRTAC”), “Report” informasiya agentliyi, “Trend” informasiya agentliyi, “Azəri-Press Agentliyi” (APA), ASAN Radio və “Planet” FM.