AZ

WUF13 tədbirinin media tərəfdaşları elan edilib

Mayın 17-22-də Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) media tərəfdaşları elan edilib.Missiya.Az xəbər verir ki, media tərəfdaşları tədbirin qlobal, regional və ölkə daxilində geniş işıqlandırılmasına dəstək olmaqla yanaşı, WUF13 çərçivəsində aparılan müzakirələri və əldə olunan əsas nəticələri, o cümlədən gözlənilən Bakı Fəaliyyətə Çağırış sənədini geniş auditoriyaya çatdıracaq. Media tərəfdaşlarının hazırlayacağı reportaj və materiallar dayanıqlı şəhər inkişafının layiqli və əlçatan mənzil təminatı, qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası, o cümlədən torpaq və əsas xidmətlərlə təminat kimi prioritet istiqamətləri barədə məlumatlılığın artırılmasına töhfə verəcək.WUF13 tədbirinin beynəlxalq media tərəfdaşları:• “Euronews”, “ArchDaily”, “Century of Cities” və “Xinhua News Agency”WUF13 tədbirinin yerli media tərəfdaşları:• “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV), ), İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV), “AnewZ”TV, “Caspian International Broadcasting Company” (CBC TV), Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), “Report” informasiya agentliyi, “Trend” informasiya agentliyi, “Azəri-Press Agentliyi” (APA), ASAN Radio və “Planet” FM.Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) təşəbbüsü və Azərbaycan Respublikasının Hökuməti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan WUF13 dayanıqlı urbanizasiya üzrə ən nüfuzlu qlobal platformadır. “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” builki tədbirin mövzusudur və bu, qlobal mənzil böhranının həlli zərurətini ön plana çıxarmaqla yanaşı, inklüziv, dayanıqlı və davamlı şəhər inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi mənzil təminatının oynadığı mühüm rolu xüsusi olaraq vurğulayacaq.WUF13 milli hökumətlər, şəhərlər, beynəlxalq təşkilatlar, özəl sektor, akademik dairələr və vətəndaş cəmiyyətini bir araya gətirərək qlobal mənzil böhranının aradan qaldırılması üçün həll variantlarının təşviqinə, eləcə də Yeni Şəhərsalma Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) daha operativ şəkildə həyata keçirilməsinə töhfə verəcək.WUF13 tədbirini işıqlandırmaq istəyən media nümayəndələri qeydiyyatdan keçməlidirlər. Media imkanları, brifinqlər və digər məsələlər barədə daha ətraflı məlumat əldə etmək üçün Ümumdünya Şəhərsalma Forumunun rəsmi internet səhifəsinə daxil ola bilərsiniz: wuf.unhabitat.org/media.WUF13 çərçivəsində təqdim olunacaq media xidmətləri ilə bağlı əlavə məlumatı ev sahibi ölkənin rəsmi veb-saytından əldə etmək mümkündür: wuf13.az/en/media/media-services/Ümumdünya Şəhərsalma Forumu (WUF)2001-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilən və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən çağırılan Ümumdünya Şəhərsalma Forumu dayanıqlı urbanizasiyaya həsr olunmuş aparıcı qlobal konfransdır. Hər iki ildən bir keçirilən bu forumda sürətli urbanizasiyanın şəhər və icmalara, eləcə də müxtəlif ölkələrə və iqlim dəyişmələrinə təsirləri müzakirə olunur. İlk dəfə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən forum hər iki ildən bir müxtəlif dünya şəhərlərində təşkil olunur.BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat)Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) BMT-nin dayanıqlı urbanizasiya üzrə məsul qurumudur və 90-dan çox ölkədə həyata keçirdiyi proqramlar vasitəsilə sosial və ekoloji baxımdan dayanıqlı şəhər və qəsəbələrin formalaşdırılmasında həm siyasətçilərə, həm də icmalara dəstək göstərir. BMT-nin Məskunlaşma Proqramı biliklərin paylaşılması, siyasət üzrə tövsiyələr, texniki dəstək və birgə fəaliyyət mexanizmləri vasitəsilə şəhərlərdə transformativ dəyişiklikləri təşviq edir. Daha ətraflı məlumat üçün www.unhabitat.org veb-saytına daxil ola və ya sosial mediada @UNHABITAT hesabını izləyə bilərsiniz.

Seçilən
0
18
missiya.az

10Mənbələr