AZ

Rusiyada 13 hava limanının işi PUA hücumu səbəbindən dayandırılıb

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatının (PUA) "Aeronaviqasiya"nın inzibati binasına düşməsi səbəbindən Rusiyanın cənubundakı 13 hava limanının fəaliyyəti dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri RF Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Rusiyanın cənubunda hava hərəkətini idarə edən Rostovdakı regional mərkəzin fəaliyyəti Ukrayna PUA-larının "Cənubi Rusiyanın Aeronaviqasiyası" filialının inzibati binasına düşməsi səbəbindən müvəqqəti olaraq tənzimlənib", - məlumatda deyilir.

Məlumata görə, "Cənubi Rusiyanın Aeronaviqasiyası" filialının heyəti təhlükəsiz yerdədir. Hazırda avadanlığın işləmə qabiliyyətinin təhlili aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
azpolitika.info

2Mənbələr