Donald Tramp hesab edir ki, ABŞ Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffrisnə qarşı zorakılığa təhrik ittihamı irəli sürülməlidir.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ Prezidenti iddia edib ki, aprelin 25-də Vaşinqtonda ona qarşı baş vermiş sui-qəsd cəhdi məhz Hakim Ceffrisin fəaliyyəti nəticəsində təşviq olunub.
Tramp paylaşımında sui-qəsd cəhdi zamanı çəkilmiş fotoşəkli, eləcə də Ceffrisin “Maximum Warfare” (“Total müharibə”) şüarı yazılmış plakat önündə çəkilmiş görüntüsünü yayımlayıb.
O, paylaşımına əlavə etdiyi şərhdə Demokratlar Partiyasının nümayəndəsini “aşağı intellekt səviyyəsinə malik” şəxs kimi təqdim edib və “solçu demokratların” ABŞ-ni məhv etmək istədiyini bildirib.

Qeyd edək ki, Donald Tramp və həyat yoldaşı Melaniya Trampın iştirak etdiyi şam yeməyi “Washington Hilton” hotelinin banket zalında keçirilirdi.
Tədbir silahlı şəxsin hücumu səbəbindən yarımçıq dayandırılıb və hücum edən şəxs daha sonra saxlanılıb. Prezident və birinci xanım dərhal ərazidən təxliyə ediliblər.
Hücum edən şəxsin Kaliforniya ştatının Torrans şəhərindən olan, müəllim işləyən 31 yaşlı Koul Tomas Allen olduğu müəyyənləşdirilib. Ondan ov tüfəngi, tapança-pulemyot və bir neçə bıçaq götürülüb.
Oxu.az