AZ

Vaşinqtondakı hücumla bağlı Trampdan sensasion AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Donald Tramp hesab edir ki, ABŞ Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffrisnə qarşı zorakılığa təhrik ittihamı irəli sürülməlidir.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

ABŞ Prezidenti iddia edib ki, aprelin 25-də Vaşinqtonda ona qarşı baş vermiş sui-qəsd cəhdi məhz Hakim Ceffrisin fəaliyyəti nəticəsində təşviq olunub.

Tramp paylaşımında sui-qəsd cəhdi zamanı çəkilmiş fotoşəkli, eləcə də Ceffrisin "Maximum Warfare" ("Total müharibə") şüarı yazılmış plakat önündə çəkilmiş görüntüsünü yayımlayıb.

O, paylaşımına əlavə etdiyi şərhdə Demokratlar Partiyasının nümayəndəsini "aşağı intellekt səviyyəsinə malik" şəxs kimi təqdim edib və "solçu demokratların" ABŞ-ni məhv etmək istədiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
2
redaktor.az

3Mənbələr