İngiltərənin “Brayton” klubu baş məşqçisi Fabiyan Hürtseler ilə müqaviləni uzadıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı klubu ilə yeni sözləşməyə imza atıb və müqavilə 2029-cu ilin ortalarına qədər qüvvədə olacaq.
Hürtseler “Brayton”a 2024-cü ilin yayında rəhbərlik etməyə başlayıb. Bu müddət ərzində komanda 85 rəsmi oyunda 37 qələbə, 24 heç-heçə və 24 məğlubiyyətlə yadda qalıb.
Hazırda “qağayılar” İngiltərə Premyer Liqasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Brayton” növbəti oyununu mayın 9-da öz meydanında “Vulverhempton”a qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.