AZ

“Brayton” baş məşqçi ilə uzunmüddətli müqavilə imzaladı

İngiltərənin “Brayton” klubu baş məşqçisi Fabiyan Hürtseler ilə müqaviləni uzadıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı klubu ilə yeni sözləşməyə imza atıb və müqavilə 2029-cu ilin ortalarına qədər qüvvədə olacaq.

Hürtseler “Brayton”a 2024-cü ilin yayında rəhbərlik etməyə başlayıb. Bu müddət ərzində komanda 85 rəsmi oyunda 37 qələbə, 24 heç-heçə və 24 məğlubiyyətlə yadda qalıb.

Hazırda “qağayılar” İngiltərə Premyer Liqasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Brayton” növbəti oyununu mayın 9-da öz meydanında “Vulverhempton”a qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Seçilən
19
90deqiqe.az

1Mənbələr