AZ

"​Qualcomm" yeni prosessorları təqdim etdi

"Qualcomm" büdcə seqmentinə yönəlmiş yeni "Snapdragon 6 Gen 5" və "Snapdragon 4 Gen 5" prosessorlarını təqdim edib.Metbuat.az xəbər verir ki, yeni çiplər münasib qiymətli smartfonlarda performans və bağlantı imkanlarını artırmağı hədəfləyir. Şirkətin açıqlamasına görə, xüsusilə oyun performansı, ekran axıcılığı və internet sürəti sahəsində ciddi yeniliklər edilib. "Snapdragon 6 Gen 5" seriyasında ilk dəfə "Wi‑Fi 7" dəstəyi təqdim olunur. Bu texnologiya daha yüksək internet sürəti və çoxlu tapşırıqlar zamanı daha stabil bağlantı vəd edir. Prosessor həmçinin "Bluetooth 6.0" dəstəyi ilə təchiz olunub.Daha sərfəli model olan "Snapdragon 4 Gen 5" isə mobil oyun həvəskarlarına yönəlib. Prosessor 144 Hz ekran yenilənmə tezliyi və 90 FPS dəstəyi təqdim edir. Bu xüsusiyyətlərin artıq orta büdcəli cihazlarda da yer alacağı bildirilir.

Ekspertlər hesab edir ki, yeni prosessorlar büdcə seqmentində rəqabəti daha da gücləndirəcək.

Seçilən
27
7
metbuat.az

7Mənbələr