AZ

Sağdakı avtomobili görməzlikdən gəlib yoluna davam etdi VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın Yasamal rayonunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 6-da saat 07:20 radələrində Həsən bəy Zərdabi küçəsindən Məhəmməd Xiyabani küçəsi istiqamətinə dönən hissədə qeydə alınıb.

Kadrlardan görünür ki, 99-CQ-574 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, sol zolaqda hərəkət edən sürücü sağa dönərkən sağ zolaqdakı avtomobili gözləmədən hərəkət edib və bu, görüntünü qeydə alan maşın üçün təhlükəli vəziyyət yaradıb.

Xatırladaq ki, zolaqlar üzrə hərəkət və manevr zamanı digər nəqliyyat vasitələrinin trayektoriyası nəzərə alınmalı, qəfil istiqamət dəyişikliklərindən çəkinilməlidir. Bu kimi hallar yolun ümumi axınını pozmaqla yanaşı, qəza riskini də artırır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
avtosfer.az

1Mənbələr