AZ

Bu ölkəni epidemiya bürüdü - Çox sayda ölən var

Nigeriyanın şimalında menenjit epidemiyası 33 uşağın ölümünə səbəb olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriyanın şimalındakı Sokoto əyalətində baş verən menenjit epidemiyası nəticəsində 33 uşaq həyatını itirib.

Sokoto Əyalət Səhiyyə Komissarı Dr. Faruk Abubakar jurnalistlərə açıqlamasında bildirib ki, təxminən bir ay əvvəl ortaya çıxan menenjit xəstəliyi əyalətin 8 bölgəsinə yayılıb.

Abubakar qeyd edib ki, bu bölgələrdə 256 şübhəli menenjit halı qeydə alınıb.

Komissar əlavə edib ki, epidemiyadan əsasən 1-15 yaş arası uşaqlar zərər görüb. O, həmçinin həddindən artıq sıxlıq və mövsümi quru küləklərin yoluxma riskini xeyli artırdığını, bu səbəbdən şimal əyalətlərində ciddi ictimai səhiyyə problemlərinin yarandığını vurğulayıb.

Seçilən
2
manset.az

1Mənbələr