AZ

Təyyarə yük maşını ilə toqquşdu ABŞ dəki qəzanın görüntüləri yayıldı + VİDEO

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-nin Nyuark Liberti Beynəlxalq Hava Limanına eniş edən sərnişin təyyarəsi hərəkətdə olan yük maşını ilə toqquşub. 

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Nyu-Cersi ştatının Nyuark Liberti Beynəlxalq Hava Limanına eniş edən sərnişin təyyarəsinin şassisi hava limanı yaxınlığındakı yolda hərəkətdə olan yük maşınına dəyib. 

Yük maşını sürücüsü qəzada yüngül xəsarətlər alıb.

"United Airlines" şirkəti hadisə ilə bağlı hərtərəfli uçuş təhlükəsizliyi araşdırması aparacağını və bu prosesin bir hissəsi olaraq heyət üzvlərinin vəzifələrindən azad edildiyini bildirib. Onlar həmçinin təyyarəyə dəyən ziyanın araşdırıldığını da bildiriblər.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
azpolitika.info

1Mənbələr