AZ

Çempionlar Liqasının finalçısı Reşfordu heyətinə qata bilər

BAKI, 7 may. TELEQRAF

İngiltərənin “Arsenal” klubu İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Markus Reşfordu heyətinə qata bilər.

Teleqraf “Daily Mail”ə istinadən xəbər verir ki, Çempionlar Liqasının finalına vəsiqə qazanan “topçular” 28 yaşlı hücumçuya tezliklə rəsmi təklif göndərməyə hazırlaşır.

“Mançester Yunayted” 2028-ci ilə qədər müqaviləsi olmasına baxmayaraq, Reşfordu növbəti mövsüm planlarına daxil etmir və yüksək maaşı səbəbindən futbolçu üçün yeni variantlar axtarır. Bu səbəbdən, əgər “Barselona” 30 milyon avro dəyərində satınalma maddəsini aktivləşdirməsə, ulduz futbolçu karyerasını başqa klubda davam etdirməli olacaq.

Qeyd edək ki, Markus Reşford ötən yay “Mançester Yunayted”dən icarə əsasında “Barselona”ya keçib. O, cari mövsümdə 46 oyunda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
23
teleqraf.com

1Mənbələr