Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xalq artisti Tünzalə Ağayeva Xalq şairləri Səməd Vurğun və Rəsul Rzanın xatirəsinə həsr olunan “Bir ocaqda iki şairin işığı” adlı musiqili-poeziya gecəsində iştirak edib.
Gununsesi.info xəbər verir ki, mərasim Rəsul Rzanın Ev Muzeyində baş tutub. Tədbirdə pop ulduz Tünzalə Ağayeva qonaqların qarşısında çıxış edib.
Sənətkarın ifası zamanı onu dahi şair Səməd Vurğunun nəticəsi fortepianoda müşayiət edib.
Tünzalə Ağayeva hər kəsin sevgisini qazanan sözləri Səməd Vurğun, musiqisi sənətçinin özünə məxsus olan “Xavərim” mahnısını ifa edərək, tədbirə xüsusi bir ruh və dərin bədii atmosfer qatıb.
Xalq artisti həmçinin sözləri Nigar Rəfibəyliyə, musiqisi unudulmaz bəstəkar Emin Sabitoğluna aid olan “Neyləyim” mahnısını da canlı ifa edərək iştirakçılara unudulmaz anlar bəxş edib.
Şəbnəm
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.