AZ

Tünzalə Ağayeva şairlərin xatirəsinə həsr olunan gecədə çıxış etdi – FOTO/VİDEO

Xalq artisti Tünzalə Ağayeva Xalq şairləri Səməd Vurğun və Rəsul Rzanın xatirəsinə həsr olunan “Bir ocaqda iki şairin işığı” adlı musiqili-poeziya gecəsində iştirak edib.

Doğru.az xəbər verir ki, mərasim Rəsul Rzanın Ev Muzeyində baş tutub. Tədbirdə pop ulduz qonaqlar qarşısında canlı çıxış edib. Sənətkarın ifası zamanı onu dahi şair Səməd Vurğunun nəticəsi fortepianoda müşayiət edib.

Tünzalə Ağayeva sözləri Səməd Vurğuna, musiqisi özünə məxsus olan “Xavərim” mahnısını səsləndirərək gecəyə xüsusi bədii ovqat qatıb.

Xalq artisti həmçinin sözləri Nigar Rəfibəyliyə, musiqisi isə bəstəkar Emin Sabitoğluya aid “Neyləyim” mahnısını canlı ifa edərək iştirakçılara unudulmaz anlar yaşadıb.

DOĞRU.AZ

image-img_20260507_221124_174 image-img_20260507_221128_698

Seçilən
0
9
dogru.az

10Mənbələr