AZ

Dünyada yeni pandemiya riski yaranıb? - ÜST rəhbərindən AÇIQLAMA

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir.


Pravda.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "Agence France-Presse" (AFP) agentliyinə açıqlamasında bildirib.


Onun sözlərinə görə, hazırda dünyanın qalan hissəsi üçün təhlükə səviyyəsi aşağıdır.


Qeyd edək ki, mayın 4-də ÜST Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığı barədə məlumat yayıb. Son məlumatlara əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib.

Tarix: 7 May 2026, 07:40   
Seçilən
84
1
pravda.az

2Mənbələr