AZ

Qəfil yola çıxan velosipedli uşaq sürücüyə həyəcanlı anlar yaşatdı VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həyətdə qəfil yola çıxan uşaq sürücüyə həyəcanlı anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Omsk şəhərində baş verən hadisə kameraya düşüb.

Belə ki, şəhərdə yaşayış binalarından birinin həyətində sürücü avtomobillə hərəkət edərkən velosipedli uşaq gözlənilmədən maşının qarşısına çıxıb. Sürücü dərhal reaksiya verərək əyləcə bassa da, velosipedli avtomobilə çırpılıb.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası azyaşlıya ilkin tibbi yardım göstərib. Uşağın müvafiq müayinələrdən keçməsi üçün xəstəxanaya aparılıb.

Xatırladaq ki, xüsusilə yaşayış zonalarında və həyətyanı sahələrdə sürücülərin maksimum sürət həddinə əməl etməsi, valideynlərin isə uşaqları nəzarətsiz qoymaması bu növ hadisələrin qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
97
avtosfer.az

1Mənbələr