AZ

Başı telefona qarışan sürücü evakuatoru öz kefiylə sürdü VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan sürücü digər hərəkət iştirakçılarına maneə yaradıb.

Bu barədə görüntülər izləyicilərdən biri tərəfindən Avtosfer.az-ın “WhatsApp” xəttinə göndərilib. Hadisə mayın 6-da saat 07:57 radələrində qeydə alınıb.

Belə ki, 77-JB-282 dövlət qeydiyyat nişanlı “Isuzu” markalı evakuatorun sürücüsü hərəkətdə olarkən sükan arxasında mobil telefondan istifadə edib. Nəticədə nəqliyyat vasitəsini aşağı sürətlə idarə edən sürücü arxadan gələn avtomobillərin axınına mane olur. Bu səbəbdən həmin istiqamətdə irəliləyən digər sürücülər məcbur qalaraq sola manevr etməklə hərəkətlərini davam etdiriblər.

Xatırladaq ki, nəqliyyat vasitəsini idarə edərkən sürücünün mobil telefondan istifadə etməsi inzibati məsuliyyət yaradır və cərimə ilə nəticələnir. Bununla yanaşı, hərəkətə əsassız şəkildə maneə yaradılması da qanunvericiliklə qadağan olunur və bu cür hallara görə sürücü məsuliyyətə cəlb edilə bilər.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
avtosfer.az

1Mənbələr