AZ

“Siz rayon ərazində vertolyotla gəzirsiz?” Jurnalistdən İCRA BAŞÇISINA MESAJ VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Şəmkir rayonundan Gədəbəy istiqamətində uzanan avtomobil yolunda ciddi problemlər yaşanır.

Avtosfer.az xəbər verir ki, yolda yaranan vəziyyətlə bağlı jurnalist İradə Aytel öz sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, sözügedən yol həm Şəmkir rayonunun bir sıra kəndlərini, həm Gədəbəy rayonunu, həm də ərazidə yerləşən Mərkəzi Xəstəxanaya gedən əsas nəqliyyat marşrutlarından biri olsa da, hazırda bərbad vəziyyətdədir.

Jurnalistin sözlərinə görə, yolun örtüyü tamamilə yararsız hala düşüb, dərin çuxurlar və dağılmış hissələr nəqliyyatın hərəkətini çətinləşdirir. Bu isə təkcə sürücülər üçün deyil, eyni zamanda təcili tibbi yardım və digər operativ xidmətlərin fəaliyyətində də ciddi problemlər yaradır. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək heç bir əsaslı təmir işləri aparılmayıb. Onların sözlərinə görə, xüsusilə yağışlı havalarda yol daha da keçilməz vəziyyətə düşür.

İradə Aytel Şəmkir Rayon İcra Hakimiyyətinə müraciət edərək yolun nə vaxt təmir olunacağı ilə bağlı sual ünvanlayıb. O, rayon rəhbərliyinə kinayəli sual da ünvanlayaraq, icra başçısının rayon ərazisində yoxlamalara vertolyotla çıxb-çıxmadığını soruşub.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
avtosfer.az

1Mənbələr