AZ

Bakıda yolda nəzarətsiz at görüntüləndi Polis dərhal tədbir gördü VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Böyükşor bulvarı istiqamətində yolun yaşıllıq zonasında diqqətçəkən hadisə qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 6-da saat 08:04 radələrində baş verib. Kadrlardan göründüyü kimi, əraziyə çıxan at yol kənarında hərəkət edib, lakin sürücülərə maneə yaratmayıb. Ərazidə xidmət aparan YPX əməkdaşları dərhal müdaxilə edərək heyvanı nəzarətə götürüblər və yol hərəkətinin təhlükəsizliyini təmin ediblər.

Qeyd edək ki, bu kimi halların qarşısının alınması üçün iri və xırda buynuzlu, eləcə də digər nəzarətsiz heyvanların yaşayış məntəqələrində və xüsusilə intensiv nəqliyyat axını olan yolların ətrafında nəzarətsiz buraxılması yolverilməzdir. Belə hallarda heyvan sahibləri məsuliyyət daşıyır və müvafiq qaydada tədbir görülməsi vacib hesab olunur.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
avtosfer.az

1Mənbələr