AZ

7 yaşlı qızı qaçırıb öldürən şəxs edam ediləcək (VİDEO)

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-də 7 yaşlı Afina Strandı qaçıraraq öldürən Tanner Hornerin işi üzrə hökm çıxarılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, azyaşlını evinin qarşısından qaçıraraq öldürdüyünü etiraf edən Horner məhkəmə tərəfindən edam cəzasına məhkum edilib.

Belə ki, məhkəmə zamanı səsləndirilən səs yazıları zalda emosional anlar yaşadıb. Səs yazılarında Hornerin kiçik qıza paltarlarını çıxartmasını və "Sən həqiqətən də gözəlsən" dediyi sözlər yer alıb.  Bunun qarşılığında qızcığaz dəfələrlə "Yox" deyib. Səs yazılarında Afinanın ağlama və qışqırıq səsləri də eşidilib. Qeyd olunur ki, Horner azyaşlını vuraraq öldürüb. 

Təxminən üç saat davam edən müşavirədən sonra münsiflər heyəti Tanner Hornerin ölümcül iynə ilə edam edilməsinə qərar verib. 

Seymur Əli 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
unikal.az

2Mənbələr