AZ

7 yaşlı qızı qaçırıb öldürən şəxs edam ediləcək (VİDEO)

ABŞ-də 7 yaşlı Afina Strandı qaçıraraq öldürən Tanner Hornerin işi üzrə hökm çıxarılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, azyaşlını evinin qarşısından qaçıraraq öldürdüyünü etiraf edən Horner məhkəmə tərəfindən edam cəzasına məhkum edilib.

Belə ki, mməhkəmə zamanı səsləndirilən səs yazılarızalda emosional anlar yaşadıb. Səs yazılarında Hornerin kiçik qıza paltarlarını çıxartmasını və "Sən həqiqətən də gözəlsən" dediyi yer alıb.  Bunun qarşılığında qızcığaz dəfələrlə "Yox" deyib. Səs yazılarında Afinanın ağlama və qışqırıq səsləri də eşidilib. Qeyd olunur ki, Horner azyaşlını vuraraq öldürüb. 

Təxminən üç saat davam edən müşavirədən sonra münsiflər heyəti Tanner Hornerin ölümcül iynə ilə edam edilməsinə qərar verib. 

Seymur Əli 

Seçilən
12
1
unikal.az

2Mənbələr