AZ

Ukrayna Fars körfəzi ölkəsində səfirlik açacaq

Ukrayna Bəhreynin paytaxtı Manamada səfirlik açmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti nazir Andrey Sibiqaya istinadla məlumat yayıb.

Diplomatın sözlərinə görə, Ukrayna və Bəhreyn nümayəndələri iki ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar. Bundan əlavə, tərəflər ikitərəfli əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər.

Mayın 5-də Ukrayna Prezidenti Volodimir Zelenski Bəhreyn kralı Hamad ibn İsa Əl Xəlifə ilə görüşüb. Ukrayna lideri görüş zamanı monarxla Yaxın Şərqdə və Körfəz regionunda təhlükəsizlik vəziyyətini, həmçinin əsas təhlükəsizlik çağırışlarını və imkanlarını müzakirə etdiklərini bildirib.

Bundan başqa, siyasətçi qeyd edib ki, Kiyev pilotsuz uçuş aparatları ilə mübarizə təcrübəsini Bəhreynlə bölüşməyə və krallığın müdafiəsini gücləndirməyə kömək etməyə hazırdır. O, Əl Xəlifəyə "Drone Deal" proqramı çərçivəsində əməkdaşlıq etməyi təklif edib.

Seçilən
13
50
publika.az

10Mənbələr