AZ

Bakıda sürücü səhlənkarlığı: Azyaşlı avtomobilin pəncərəsindən başını çıxardı VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yol hərəkəti təhlükəsizliyini pozan hal kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 1-də saat 12:35 radələrində qeydə alınıb. Belə ki, 10-UY-210 dövlət nömrə nişanlı “BMW” markalı avtomobildə hərəkət zamanı arxa oturacaqda əyləşən azyaşlı sərnişin avtomobilin pəncərəsindən başını çölə çıxarıb.

Kadrlardan aydın görünür ki, nəqliyyat vasitəsi hərəkətdə olduğu halda uşağın bu şəkildə davranışı onun həyatı üçün ciddi risk yaradır. Ani tormozlanma və ya kənar maneə ilə təmas ehtimalı ağır xəsarətlə nəticələnə bilər.

Qeyd edək ki, qanunveriliciyə əsasən, sürücü nəqliyyat vasitəsində olan sərnişinlərin, xüsusilə də azyaşlıların təhlükəsizliyinə birbaşa cavabdehdir. Bu kimi hallarda uşaq sərnişinlərin xüsusi qoruyucu vasitələrdən istifadə etməsi təmin olunmalı, onların avtomobildən kənara əyilməsi və ya təhlükəli davranışlarına yol verilməməlidir.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
avtosfer.az

1Mənbələr