AZ

Sovet adamlarının avtomobilə baxışını dəyişdirən tarix

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

4 may 1966-cı il, Turin, İtaliya.

Avtosfer.az xəbər verir ki, bu tarixdə SSRİ ilə İtaliya arasında elmi-texniki əməkdaşlığın dönüş nöqtəsi olan hadisə baş verdi. SSRİ-nin avtomobil sənayesi naziri Aleksandr Tarasovla FİAT konserninin direktoru Vittorio Valleta elmi-texniki əməkdaşlıq sazişini imzaladılar.

Bu saziş əsasında italiyalılar SSRİ-də avtomobil zavodu (VAZ) tikdilər və özlərinin məşhur modeli Fiat-124-ü sovet reallıqlarına uyğunlaşdırdılar. Nəticədə tam 4 il sonra istehsalına başlanan VAZ-2101 ortaya çıxdı. 

Bu avtomobil sovet adamlarının, o cümlədən azərbaycanlıların texnikaya baxışını müsbət mənada dəyişdi.

İstehsalı 1970-ci ildə başlayan “Jiquli”nin bir çox detalı bu gün müasir “Niva”da istifadə edilir. Daha ətraflı aşağıdakı linkdə:

https://avtosfer.az/az/avtosfer-foto/nivanin-yarim-esrlik-detallari-foto-288928\

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
avtosfer.az

1Mənbələr