AZ

Bu ərazilərdə qaz olmayacaq

Sabah Hacıqabul və Ağsu rayonlarının bəzi kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Hacıqabul rayonunun Padar kəndinin və Ağsu rayonunun Padarqışlaq kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
2
13
onn.az

10Mənbələr