AZ

Qəbələ, Hacıqabul və Ağsunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq

Sabah Qəbələ rayonunun Bum qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəsəbədə Zaur Nazim oğlu Əliyevə məxsus fərdi yaşayış evinin qaz xəttinin (yeni abonent) mənbəyə qoşulması ilə əlaqədar mayın 6-da saat 10:00-dan etibarən Bum qəsəbəsinin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qeyd olunub ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Sabah Hacıqabul və Ağsu rayonlarının bəzi kəndlərinin də qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Hacıqabul rayonunun Padar kəndinin və Ağsu rayonunun Padarqışlaq kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
0
13
far.az

10Mənbələr