Aktual.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-Prezidenti Kaya Kallas bildirib.
"Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş tarixi bir fürsətdir və bu dinamikanı qoruyub saxlamaq vacibdir. Aİ-nin bunu dəstəkləmək üçün etimad qurucu tədbirlərdən tutmuş mina təmizləmə fəaliyyətinə qədər bir sıra vasitələri vardır ki, bu sahələrdə biz artıq ən böyük donoruq”, - Azərbaycanda səfərdə olan Kallas vurğulayıb.