AZ

Kaya Kallas Azərbaycana gəldi

Kaya Kallas Azərbaycana gəldi

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfər edib.

AFN.az xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi yayıb.

Səfər çərçivəsində tərəfdaşlıq əlaqələrinin perspektivlərinə toxunan Kaya Kallas Azərbaycanın rolunu yüksək qiymətləndirib: “Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnunam. Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var".

Ali Nümayəndə həmçinin qeyd edib ki, Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi tərəflərin ortaq strateji maraqlarına uyğundur: "Biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq”.

Qeyd edək ki, səfər çərçivəsində rəsmi Bakı ilə bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır.

Seçilən
14
23
afn.az

10Mənbələr