AZ

“İran İslam Respublikası hələ hərəkətə belə başlamayıb” - Qalibaf

“İran İslam Respublikası hələ hərəkətə belə başlamayıb”.

Missiya.Az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf özünün “X” sosial media hesabında yazıb.

O Hörmüz boğazında yeni bir geosiyasi və təhlükəsizlik konfiqurasiyasının formalaşdığını bildirib.

Qalibafın sözlərinə görə, bölgədə gəmiçilik və enerji tranziti ABŞ və onun müttəfiqlərinin addımları səbəbindən risk altındadır.

Siyasətçi əlavə edib ki, atəşkəsin pozulması və mümkün blokada cəhdləri qarşı tərəfin təsir imkanlarını zəiflədə bilər:

“Biz yaxşı bilirik ki, mövcud vəziyyət ABŞ üçün dözülməzdir. Eyni zamanda, biz hələ başlamamışıq”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
1
missiya.az

2Mənbələr