ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən parlament sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, İslam Respublikası “hələ hərəkətə belə keçməyib”.
O, “X” hesabında etdiyi paylaşımda Hörmüz boğazında yeni bir geosiyasi və təhlükəsizlik “konfiqurasiyasının” formalaşdığını qeyd edib. Qalibafın sözlərinə görə, bölgədə gəmiçilik və enerji tranziti ABŞ və onun müttəfiqlərinin addımları səbəbindən risk altındadır.
O, əlavə edib ki, atəşkəsin pozulması və mümkün blokada cəhdləri qarşı tərəfin təsir imkanlarını zəiflədə bilər. “Biz yaxşı bilirik ki, mövcud vəziyyət ABŞ üçün dözülməzdir. Eyni zamanda, biz hələ başlamamışıq”, – deyə, parlament sədri bildirib.