AZ

Azərbaycanın ixrac etdiyi hər 100 dollarlıq məhsulun 45 dolları İtaliyaya ünvanlanır

ain.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin mətbuata bəyanatlarında iki ölkə arasındakı starteji tərəfdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib". 

Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. 

O, bildirib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: 

"2025-ci ildə Azərbaycan ticarət dövriyyəsinin 24 faizi bu ölkənin payına düşüb. Eyni zamanda, Azərbaycan ixracat etdiyi məhsulların 45,3 faizini İtaliyaya göndərir. Bu o deməkdir ki, Azərbaycanın ixrac etdiyi hər 100 dollarlıq məhsulun 45 dolları İtaliyaya ünvanlanır. 

2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4.0 faiz artaraq 11 milyard 390 milyon dollardan 11 milyard 860 milyon dollaradək yüksəlib. İtaliya ilə ticarət dövriyyəsində Azərbaycan 10 milyard 824 milyon dollarlıq müsbət saldoya malikdir.

Azərbaycan eyni zamanda İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 93 %-i Azərbaycanın payına düşür. Belə ki, ötən il İtaliyanın Ermənistanla ticarət dövriyyəsi 453, Gürcüstan ilə isə 442 milyon dollar olub. Bu da onu göstərir ki, Azərbaycan İtaliya üçün regional olaraq strateji müttəfiq ölkədir. Növbəti mərhələdə də iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənəcəyi gözlənilir. 

Son illər qarşılıqlı sərmayə qoyluşlarında da artımlar müşahidə olunur. Azərbaycan son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Göründüyü kimi, son dövrlərdə iki tərəf arasında müsbət addımların atılması strateji tərəfdaşlığın yalnız sənədlərdə deyil, real həyatda və praktiki əməkdaşlıq sahələrində də təsdiqini tapdığını göstərir. 

Qeyri neft-qaz sahəsində əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdəndir. Ölkələr arasındakı səmimi və strateji tərəfdaşlığa əsaslanan münasibətlər birgə layihələrin icrası üçün yeni imkanlar yaradır. İtaliya baş nazirinin Azərbaycana səfəri ölkələr arasındakı strateji münasibətlərin daha da dərinləşməsinə töhvə verəcək".

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
50
adalet.az

10Mənbələr