Mayın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hava Hücumundan Müdafiə Qüvvələri İrandan atılan 12 ballistik raket, üç qanadlı raket və dörd pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.
Musavat.com xəbər verir ki, məılumatı BƏƏ Müdafiə Nazirliyi X hesabında paylaşıb: "BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan atılan 12 ballistik raket, üç qanadlı raket və dörd PUA-nı ələ keçirib, nəticədə üç nəfər orta dərəcəli xəsarət alıb".
Daha əvvəl Fuceyra hökumətinin mətbuat xidməti İranın neft kompleksinə etdiyi pilotsuz təyyarə hücumunda üç Hindistan vətəndaşının yaralandığını bildirmişdi.
İran isə Fuceyraya hücumun ABŞ tərəfindən təşkil olunduğunu iddia edir.
Musavat.com