BAKI, 8 may. TELEQRAF
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi İrandan atılan raketlər və PUA-ların məhv edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə qurumun X hesabında məlumat verilib.
“Hazırda BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan raket və dron hücumlarını dəf edir”, - BƏƏ Müdafiə Nazirliyi bildirib.
Nazirlik həmçinin ölkənin müxtəlif yerlərində sakinlərin eşitdiyi partlayışların hava hücumundan müdafiə sistemlərinin müntəzəm işləməsinin nəticəsi olduğunu təsdiqləyib.