Ermənistanda keçirilən Avropa İttifaqının Avropa Siyasi Birliyinin 8-ci sammiti strateji əhəmiyyətli Qafqaz bölgəsində dünya gücləri arasında təsir uğrunda mübarizənin gücləndiyini göstərir.
“Cebheinfo.az”-ın məlumatına görə, “Bloomberg” agentliyi belə yazır.
“Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən münaqişənin sonu Avropa ilə Asiyanı birləşdirən bu dar boğazdan keçən enerji və ticarət yolları üzərində dominantlıq uğrunda rəqabəti alovlandırır”.
Yaxın Şərq və Ukraynadakı müharibələr Qafqazın əhəmiyyətini artırı. Çünki şimala və cənuba aparan marşrutlar münaqişələr, sanksiyalar və geosiyasi gərginliklərlə əlaqədar məhduddur.
Prezident Donald Tramp Ermənistanda yeni nəqliyyat və enerji dəhlizini təşviq etdiyi üçün uzun müddətdir regionda dominant güc olan Rusiya ABŞ-nin, eləcə də Türkiyə, Avropa Birliyi və Çinin artan rəqabətilə üzləşir.
“ABŞ-nin Cənubi Qafqaza görünməmiş dərəcədə hazırkı marağı Kremlin Azərbaycan və Ermənistandakı daimi maraqlarını müəyyən qədər sarsıdıb”- Londonda yerləşən “PRISM Strategic Intelligence” şirkətinin tərəfdaşı Keyt Mallinson belə deyib.