AZ

Speys TV-yə yeni direktor təyin edildi

Ayaz Mustafayev “Speys” televiziyasına direktor təyin edilib.

Turkustan.az xəbər verir ki, bu barədə APA-ya “Spes” televiziyasından məlumat verilib.

Qeyd edilib ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində başlayıb, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrində, daha sonra İTV və AZTV-nin London bürosunda çalışıb. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb. Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Seçilən
30
8
turkustan.az

10Mənbələr