AZ

“Space”in yeni rəhbəri kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, “Space” televiziyasının baş direktor vəzifəsinə Ayaz Mustafayev təyin edilib.

Ölkə.az xəbər verir ki, Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində (XİN) başlayıb.

O, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrdə, daha sonra İTV və AzTV-nin London bürosunda çalışıb. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb.

Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Seçilən
4
7
olke.az

10Mənbələr