AZ

Kaşkilya "İmişli"dən gedirmi? - Klubdan açıqlama

style='margin-bottom:10px;'>

"Baş məşqçi Jorj Kaşkilya ilə müqaviləmiz mövsümün sonunadək qüvvədədir və o, hazırda komandamızda fəaliyyətini uğurla davam etdirir".

Bu sözləri QOL.az saytına açıqlamasında "İmişli"nin mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu deyib.

Klub rəsmisi komandanın baş məşqçisi Jorj Kaşkilyanın gələcəyi haqda danışıb. O, mövsümün sonunda portuqaliyalı mütəxəssislə yolların ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

"Klub olaraq bu mövsüm üçün müəyyən edilmiş hədəflərimiz var və əsas diqqətimiz baş məşqçi ilə birlikdə həmin məqsədlərə nail olmağa yönəlib. Müqavilənin gələcək perspektivlərinə gəldikdə, çempionat hazırda davam edir. Bu səbəbdən məsələ qarşılıqlı anlaşma və əməkdaşlıq prinsipləri əsasında mövsüm başa çatdıqdan sonra dəyərləndiriləcək və yekun qərar qəbul edilərək ictimaiyyətə rəsmi şəkildə açıqlanacaq".

Qeyd edək ki, J.Kaşkilya ötən ilin iyul ayından "İmişli"ni çalışdırır. Hazırda onun komandası Misli Premyer Liqasının turnir cədvəlində 32 xalla 9-cudur.

Seçilən
2
4
teleqraf.com

5Mənbələr