AZ

O qola qədər rəqibin təhlükəli epizodları yox idi Kaxaber Sxadadze

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"O qola qədər rəqibin təhlükəli epizodları yox idi" - Kaxaber Sxadadze

"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 30-cu turunda "Zirə"yə məğlub olduqları matç (0:1) haqda danışıb.

QOL.az xəbər verir ki, baş məşqçi rəqibi təbrik edərək komandasının matça yaxşı hazırlaşdığını və buraxılan bəsit qol səbəbindən məğlub olduqlarını vurğulayıb:

"İlk növbədə "Zirə"ni qələbə münasibətilə təbrik edirəm. Rəşad Sadıqov artıq uzun müddətdir ki, bu komandadadır və yaxşı kollektiv formalaşdıra bilib. Biz bu matça çox ciddi hazırlaşmışdıq. Meydanda qol epizodları yaratsaq da, son nöqtəni tamamlamaqda böyük çətinlik çəkdik. Ümumiyyətlə, hücumların tamamlanması məsələsi hazırda bizim üçün əsas problem olaraq qalır. Bununla yanaşı, bu oyunda qapımızda çox bəsit qol gördük. O qola qədər rəqibin demək olar ki, təhlükəli epizodu yox idi. Bizi dəstəkləmək üçün stadiona çoxlu sayda azarkeşimiz gəlmişdi. Çox təəssüf edirəm ki, onları sevindirə bilmədik".

Mütəxəssis hücum xəttindəki "son nöqtə" probleminin futbolçuların fərdi keyfiyyətləri, yoxsa başqa səbəblərlə əlaqədar olması barədə suala belə aydınlıq gətirib:

"Hesab edirəm ki, bu problem birinci növbədə psixoloji amillərdən irəli gəlir. Təbii ki, futbolçuların texniki hazırlığı da burada mühüm rol oynayır. Bu iki vacib amilin vəhdəti isə ümumilikdə oyunçunun fərdi keyfiyyət göstəricisidir. Meydanda özünəinamlı olmaq son dərəcə vacibdir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
27
qol.az

10Mənbələr