AZ

Ayxan Abbasov: “Mövsümü maksimum şəkildə yaxşı bitirməyə çalışacağıq”

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Misli Premyerliqasının 30-cu çərçivəsində keçirilən “Şamaxı” - “Sabah” matçından sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında iştirak edib. Təcrübəli mütəxəssis komandasının 0:3 hesablı məğlubiyyəti və rəqibin uğuru barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Ayxan Abbasov rəqib komandanı qazandığı uğura və çempionluğuna görə təbrik edib, həmçinin azarkeşlərə dəstəklərinə görə minnətdarlığını bildirib.

Məşqçi oyunun gedişatına təsir edən məqamlara da toxunub:

“David Sezarın zədələnməsi oyunun qırılma anı idi. Gənclərə şans verdik, epizodlar yaratdıq. “Sabah” kimi komandaya qarşı oynamaq çətindir. Qarşıda üç oyun var, mövsümü maksimum şəkildə yaxşı bitirməyə çalışacağıq”.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
30
icma.az

10Mənbələr