AZ

Ata qızını görün, necə gəlin YOLA SALDI - VİDEO

Sosial şəbəkələrdə yayılan maraqlı görüntülər böyük diqqət çəkib.

News365.az xəbər verir ki, qızını gəlin köçürən ata fərqli addımı ilə hər kəsi təəccübləndirib. O, bu özəl gündə sevincini musiqi ilə ifadə etməyə üstünlük verib.

Görüntülərdə ata musiqiçilərə qoşularaq özünün nağara ifası ilə məclisə rəng qatır. Onun nağarada göstərdiyi məharət və ritm hissi izləyicilərin marağına səbəb olub. Ata həm də ifası ilə qızının xoş gününə xüsusi ab-hava qatıb.

Sosial şəbəkə istifadəçiləri bu anları duyğusal və eyni zamanda təsirli adlandıraraq, atanın sevincini bu cür ifadə etməsini yüksək qiymətləndiriblər.

Qısa müddətdə geniş yayılan video çoxsaylı baxış toplayaraq müzakirələrə səbəb olub.

Seçilən
20
22
news365.az

10Mənbələr