AZ

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Misli Premyer Liqasında XXX turun daha iki oyunu bu gün keçiriləcək.

Bakıvaxtı.az məlumatına görə, ilk olaraq çempionluğunu rəsmiləşdirən "Sabah" "Şamaxı"nın qonağı olacaq.

Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.

Birinci pillədəki "Sabah"ın 72, meydan sahiblərinin 35 xalı var.

Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionundakı görüş saat 18:30-da başlayacaq. "Qartallar" 46 xalla beşinci, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə üstələyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
50
bakivaxti.az

10Mənbələr