AZ

TƏCİLİ! Müctəba Xameneinin sağ qalma sirri açıldı açıldı - Səndemə...

İranın ali rəhbərinin dəftərxanasının beynəlxalq məsələlər üzrə müavini Möhsün Qomi "Fars" agentliyinə müsahibəsində Müctəba Xameneinin atasının ölümünə səbəb olan hücumdan necə sağ çıxması ilə bağlı ilk dəfə rəsmi açıqlama verib. Bu bəyanatla Tehran həm Əli Xameneinin həlak olduğunu, həm də həmin an oğlunun hadisə yerində olduğunu rəsmən təsdiqləmiş olub.

Musavat.com xəbər verir ki, Möhsün Qominin sözlərinə görə, hücum anında Müctəba Xamenei tamamilə dağılmış binanın daxilində olub. Yüksək rütbəli din xadimi qeyd edib ki, partlayışdan cəmi bir neçə dəqiqə əvvəl o, təsadüfən və ya "ilahi təqdir" nəticəsində həyətə çıxıb və bu, onun həyatını xilas edib.

Rəsmi Tehran həmçinin Müctəba Xameneinin hazırkı vəziyyəti ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirib. Qomi vurğulayıb ki, hücum zamanı müəyyən xəsarətlər almasına baxmayaraq, yeni ali lider hazırda "tam sağlamdır". O, ölkənin idarə edilməsinə, o cümlədən diplomatik danışıqlara və hərbi əməliyyatlara şəxsən rəhbərlik edir.

Musavat.com

Seçilən
18
7
musavat.com

10Mənbələr